Müstəqilliyimizə necə çatdıq? - MÜZAKİRƏ
15:36 – 18 Oktyabr, 2017

18 oktyabr tarixi Azərbaycanda müstəqillik günü kimi qeyd olunur. 26 il öncə Azərbaycanın müstəqilliyi haqqında Konstitusiya aktı qəbul edildi. Müstəqilliyə necə çatdıq? APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışında bu məsələ geniş müzakirə edilib.

 

Millət vəkili Vahid Əhmədov deyib ki, həmin dövrdə Azərbaycan Ali Sovetində SSRİ-nin saxlanması ilə bağlı referendumumun keçirilməsi əleyhinə cəmi 43 deputat səs vermişdi: "Onlardan 20-23 nəfəri sağdır. Görkəmli iqtisadçılar var idi ki, bu gün də vəzifədədirlər. Onlar deyirdilər ki, Azərbaycan SSRİ-nin tərkibindən çıxsa yaşaya bilməz".  Vahid Əhmədov deyib müstəqillik aktına 360 deputatdan 258 nəfər səs vermişdi. Onun sözlərinə görə deputatların bəziləri xəstəlik adı ilə səsvermədə iştirak etməmişdi.

 

Lent.az saytının baş redaktor Qabil Abbasoğlu deyib ki, meydan hərəkatının hərəkətverici qüvvəsi gənclər olmuşdu ki, onlar da bilavasitə Ali Sovetdəki proseslərə təsir edirdilər. Q.Abbasoğlu hesab edir ki, Azərbaycan öz müstəqilliyini bərpa etməsi təsadüfi, yaxud hansısa kənar proseslərin deyil, xalqın fəaliyyətinin nəticəsi idi.  

 

Tarix üzrə fəlsəfə doktoru Cavid İsmayılın sözlərinə görə Azərbaycan Ali Soveti tərəfindən qəbul edilən 30 avqust bəyannaməsi "Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktı"nda Azərbaycan xalqının istiqlal uğrunda mübarizəsinin yekunu kimi qiymətləndirilib.

 

"İlham Tumasla 40 dəqiqə" verilişini www.apa.tv saytında izləyə bilərsiniz.

 

X

XƏBƏRLƏR
BÖYÜT