Kredit borcunu ödəyə bilməyənləri hansı cəza gözləyir? - EKSPERT RƏYİ
17:21 – 18 Oktyabr, 2017

Azərbaycanda kredit borclarını ödəməkdən yayınan şəxslərin cəzası yüngülləşdirilir, onlara qarşı yeni cəza növü tətbiq olunur. Bununla bağlı Cinayət Məcəlləsinin 196-cı, kreditor borclarını ödəməkdən qəsdən yayınma maddəsinə dəyişiklik təklif edilir. Layihə Milli Məclisin oktyabrın 20-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq. Kredit borclarını ödəməkdən qəsdən yayınanlara qarşı hansı tədbirlər görüləcək? Kredit borcundan necə azad olmaq olar? Bankların "qara siyahı" müəyyənləşdirməsi düzgündürmü?

Proqramın qonağı, iqtisadçı ekspert Samir Əliyev deyib ki, kredit borcu olanlara cəza tətbiq edilməsi, götürülən kredit borcunun məbləğindən asılı olmalıdır.  Ekspert hesab edir ki, kredit borcuna görə həbs cəzasının tətbiq edilməsi düzgün deyil: "İstehlak krediti götürənlərə ağır cəza tətbiq edilməməlidir".

Samir Əliyev deyib ki, kredit ödəyə bilməyənlərə görə bu gün bir çox müştərilər banklardan kənarda qalıb: "Buna görə də bankların əlində xeyli pul qalıb ki, onu da iqtisadiyyata yönəldə bilmirlər. Ən etibarlı müştəri belə gəlirləri adekvat olmasa, kredit götürə bilər". Ekspert bu qənaətdədir ki, hazırda etibarlı müştəri kateqoriyası yoxa çıxıb. Ekspert həmçinin bankların kredit şərtlərini yüngülləşdirməsinin zəruri olduğu qənaətindədir.

"Sosium" verilişini www.apa.tv saytında izləyə bilərsiniz.

    

 

X

XƏBƏRLƏR
BÖYÜT