Kərkükü kim azad etdi: türklər, ərəblər, yoxsa farslar?
18:55 – 18 Oktyabr, 2017

Həftə ərzində beynəlxalq aləmdə baş verən ən maraqlı hadisələrə həsr olunmuş Panoram analitik proqramını izləyirsiniz. Bu həftə bütün diqqətlər Kərkük əməliyyatına yönəlib. Kərkük kürd peşmərgələrdən azad edildi. Kim azad etdi: türklər, ərəblər, yoxsa farslar? Kürdlər şəhəri niyə müqavimət göstərmədən tərk etdilər? İranın dəstək verdiyi “Haşdi Şabi” terror təşkilatının Kərkükün azad olunmasında fəal rol oynaması bu qədim türkmən şəhərinin İranın nəzarətinə keçməsi deməkdirmi? Kərkükün azad edilməsində Türkiyənin rolu oldumu? Kərkük əməliyyatında Bərzani ilə yanaşı Türkiyə də uduzmuş sayıla bilərmi?

 

Verilişdə Oğuz Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, siyasi ekspert Vüqar Zifəroğlu və APA TV-nin Baş direktoru Vüqar Hüseynovun aponentliyi ilə bu suallar ətrafında geniş müzakirə aparılıb. Ekspert deyib ki, Kərkükün azad edilməsi dedikdə, İraq və İranın Kərkük üzərində nəzarətə sahib olması qənaətinə gəlmək olar. V. Zifəroğlu hesab edir ki, hazırkı vəziyyətdə bölgədə Kürdüstan adlı dövlətin yaradılmasına imkan verilməsi mümkün deyil. Ekspert bu qənaətdədir ki, Kərkük əslində azad edilmədi, sadəcə sahibi dəyişildi. O həmçinin bölgədə baş verən proseslərdə məzhəb və etnik faktorlara, ərəb ölkələrinin mövqeyinə, silahlı qruplaşmaların roluna toxunub.

 

Verilişin sonunda Kərkük uğrunda döyüşlərin hələ qarşıda olduğu qənaətinə gəlinib.      

 

"Panoram" verilişini www.apa.tv saytında izləyə bilərsiniz.

 

X

XƏBƏRLƏR
BÖYÜT