Tanınmışlar özlərini necə aparmalıdır? - MÜZAKİRƏ
14:30 – 19 Oktyabr, 2017

Demək olar ki, bütün insanlar tanınmaq, məşhur olmaq arzusundadırlar. Amma etiraf etmək lazımdır ki, məşhur insanların cəmiyyətdə məsuliyyəti digərlərindən daha artıq olur. Bəs görəsən tanınmış insanlar özlərini necə aparmalıdırlar? Cəmiyyətin bu cür insanlara münasibəti necədir? Bu insanlar özlərini digərlərinə nümunə olaraq necə göstərməlidirlər ki? APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsində bu suallar ətrafında qızğın müzakirələr aparılıb.

 

Əməkdar artist Ədalət Şükürov deyib ki, bu gün şou-biznes nümayəndələri deputatlardan, alimlərdən daha çox məşhurdur. Müğənninin fikrincə məşhur adamlar məsuliyyəti daha çox hiss etməlidirlər. Amma müğənni məşhurluğun həm də ona müəyyən vaxtlarda mane olduğunu da deyib: "Bəzən yasda deyirlər ki, gəlin şəkil çəkdirək".  

 

Teleaparıcı Kamran Həsənlinin sözlərinə görə cəmiyyətin tələbinə uyğun olaraq bəzən populyar insanlar özlərini ədəbsiz aparırlar: "Bu yaxınlarda Heydər Əliyev Sarayında konsert aparırdım. Elza Seyidcahan gəldi. Fikirləşdim ki, tamaşaçılar bir aydır haqqında mənfi sözlər dedikləri Elzanı necə qarşılayacaqlar? Zalda elə bil hay-küy qopdu ki, elə bil Barselona qol vurdu. Bu cırtdanizmdir".  K.Həsənli hesab edir ki, məşhurlar da digər insanlar kimi lazım gəlsə növbə gözləməyi bacarmalıdırlar. 

 

Yazıçı Şərif Ağayar hesab edir ki, tanınmış olmaq və məşhurluq fərqli anlayışlardır:  “Məşhurluq kənardan baxıldığı və göründüyü qədər cazibədar deyil”.

 

“İlham Tumasla 40 dəqiqə” proqramını www.apa.tv saytından izləyə bilərsiniz.

   

X

XƏBƏRLƏR
BÖYÜT