"Yuğ" teatrının taleyi necə olacaq? - MÜZAKİRƏ
15:59 – 20 Oktyabr, 2017

18 oktyabr Yuğ Dövlət teatrının yaradıcısı, mərhum rejissor Vaqif İbrahimoğlunun anım günü idi.  Bu yaxınlarda isə Yuğ teatrında kadr islahatları aparıldı, teatrın baş rejissoru vəzifəsində Gümrah Öməri Mehriban Ələkbərzadə əvəz etdi. Bir çoxları bu təyinatın teatrın özünəməxsus xəttini dəyişdirəcəyini iddia etsə də, əksəriyyət bu fikirlə razı deyil. Bəs "Yuğ" Dövlət teatrının gələcək taleyi necə olacaq? APA TV-nin "2+2" layihəsinin ikinci buraxılışında bu məsələ ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

 

Yuğ teatrının fəaliyyətindən danışan aktyor Vidadi Həsənova görə Vaqif İbrahimoğlu heç vaxt öz prinsipindən yan keçmirdi: "Vaqif İbrahimoğlu deyirdi ki, Yuğ teatrı heç vaxt ənənəvi teatrı inkar etmir".  

 

Rejissor Gümrah Ömər isə hesab edir ki, Yuğ teatrı eksperimental deyil, öz poetikası və metodikası olan peşəkar teatrdır: "Vaqif İbrahimoğlu Azərbaycan hərəkət gətirdi. Yuğ teatrı Azərbaycan teatr mədəniyyətini qidalandıracaq bir bazadır". 

 

Vidadi Həsənovun "Vaqif İbrahimoğlu sağ olsaydı, bu gün islahatları dəstəkləyərdi" fikri ilə Şəhriyar Del Gerani razılaşmayıb.  Vidadi Həsənov onu da qeyd edib ki, Yuğ teatrının aktyorları digər janrlara asanlıqla uyğunlaşa bilirlər. 

 

Günrah Ömər hesab edir ki, Mehriban Ələkbərzadənin Yuğ Dövlət teatrına baş rejissor təyin edilməsi normal hadisədir: "Bütövlükdə mən bu islahatı təqdir edirəm. Bütövlükdə  bu Azərbaycanın inkişafına təkan olacaq".

 

"2+2" verilişi   tam olaraq www.apa.tv saytında izləyə bilərsiniz. 

X

XƏBƏRLƏR
BÖYÜT