Müğənnimizin AİLƏSİ 2-ci dəfə DAĞILDI – “3-cü dəfə evlənməyəcəm”
17:59 – 24 Oktyabr, 2017

APA TV-nin "Showtime" layihəsinin növbəti buraxılışında! Məşhurlar arasında məhkəmə çəkişmələri nədən yaranır? Respublikanın Əməkdar artisti, "Maşın Şou" yarışmasının iştirakçısı Mehriban Xanlarova nə dedi?

 

""Maşın Şou"-da bir daha heç vaxt iştirak etmərəm. Mən bilirəm ki, yarışmadan getməyim üçün səs göndərən bəzi məşhurlar var idi".

 

Mehriban Xanlarova "Maşın Şou"nun digər iştirakçıları ilə münasibətlərinə də aydınlıq gətirib: "Yarışmadan çıxandan sonra heç kimlə küsülü qalmaq niyyətim yoxdur. Mənim Ülviyyə Alovlu ilə şəxsi qərəzliyim yoxdur. Mən sadəcə ona demişdim ki, sən niyə Talıbın otağına getmişdin? Bu realiti-şoudur. Mən çıxdım, oynadım. Mübahisə düşürsə, orada da qalır. O demək deyil ki, mən o insanla düşmənəm? Xatun ilə Vüsalə Əlizadədən başqa oyunda hamı məni təkləmişdi. Onların ikisi həqiqətən istəyirdilər ki, mən üçlüyə qalam. Elşad Xosedən isə gözləmirdim". 

 

Mehriban Xanlarova xəbərdarlıq da edib: "Bir daha adımı çəkmədən təhqir yazan, nalayiq sözlər yazan insanları məhkəməyə verəcəyəm".

 

Şəxsi həyatı ilə bağlı sualı cavablandıran Əməkdar artist deyib ki, şəxsi həyatında heç kim yoxdur: "Amma mənim üçün yaşın fərqi yoxdur".

 

Gənc müğənni Rəvan Qarayev ikinci dəfə də ailəsindən ayrıldığını deyib: "Əsas məqsədim həyatımı iki qızıma həsr etməkdir: "İndi yalnız sənətimlə məşğulam".

 

"Showtime" layihəsinin növbəti buraxılışını tam şəkildə www.apa.tv saytında izləyə bilərsiniz.  

 

 

 

  

X

XƏBƏRLƏR
BÖYÜT