Azərbaycanda boşanma halları niyə artıb?
18:13 – 24 Oktyabr, 2017

Son 10 ildə Azərbaycanda boşanmaların sayı təxminən 1,6 dəfə artıb. Əgər 2007-ci ildə ölkədə 8340 boşanma hadisəsi qeydə alınıbsa, ötən il bu rəqəm 13114-ə qədər yüksəlib. Təkcə, bu ilin 8 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 9787 boşanma halları qeydə alınıb. Ümumiyyətlə, rəsmi statistikaya görə, son 10 ildə ölkədə 105 minə yaxın boşanma faktı qeydə alınıb. Müşahidələr göstərir ki, ən kiçik problemlər belə tərəflərin boşanmasına gətirib çıxarır. Bəs boşanmaların sayı niyə artır? Hansı problemlər boşanmalara səbəb olur? "Sosium" layihəsinin növbəti buraxılışında boşanma hallarına aydınlıq gətirilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib ki, sonsuzluq problemi, spirtli içki qəbulu və məişət zorakılığı halları boşanmaya səbəb olan amillərdir: "Bu gün qadınlar zorakılıq faktlarına dözmürlər". Qurum rəsmisi onu da deyib ki, boşanmalar əhali sayına görə daha çox Bakıda baş verir.

Psixoloq Lalə Əhmədova hesab edir ki, insanlar bir-birinin xarakterinə uyğunlaşsalar, boşanma halları da azalar: "Əvvəl boşanmanı cəmiyyət pis qarşılayırdasa, indi bu adi hal alıb. İnsanlar seriallara baxa-baxa nümunəvi ailə modeli formalaşdırdılar. Boşanmış qadını cəmiyyət qəbul etmir". Psixoloq onu da deyib ki, bu gün bəzi ailələr problemi real deyil, sosial şəbəkələrdə həll etməyə çalışırlar.   

"Sosium" proqramını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.   

 

X

XƏBƏRLƏR
BÖYÜT