"Qanuni oğrular" necə ad-san qazanıb?
13:39 – 26 Oktyabr, 2017

Bir neçə gün bundan əvvəl “Lotu Quli” ləqəbli avtoritet Nadir Səlifovun həbsxanadan  azadlığa buraxılması sosial şəbəkələrdə və mətbuatda geniş müzakirəyə səbəb oldu. APA TV-nin “İlham Tumasla 40 dəqiqə” layihəsinin növbəti buraxılışında “qanuni oğrular”, oğru aləminin gizlinləri müzakirə edilib.

Publisist, yazıçı Təbriz Vəfalı deyib ki, kriminal xəbərlərin ədəbiyyatda, mətbuatda yayımlanması qadağan idi: “Reytinq qazanılması naminə sovet dövründən sonra həm mətbuat nümayəndələri, həm də yazıçılar senzuranı qoruyub saxlaya bilmədi”.

Jurnalist Günay Arda isə kriminal aləmlə bağlı ədəbiyyatında elə sovet dövründə yazıldığını deyib: “Əgər biz kriminal ədəbiyyata sarı mətbuat deyiriksə, onda “Xaç atası”na da sarı mətbuat deyək!?”

Vaxtilə məhbəs həyatı yaşamış, şair Faiq Balabəyli avtoritet anlayışına aydınlıq gətirib: “Vaxtilə elədiyi cinayət bəlkə də bağışlana bilərdi, amma qarşılaşdıqları haqsızlıqlar bunları davamlı olaraq bu yola çəkdi”. F.Balabəyli hesab edir ki, Qaçaq Nəbi, Qaçaq Kərəm və digərləri dövrünün avtoritetləri, “qanuni oğrular”ı olublar.  Yazıçının sözlərinə görə Rövşən Lənkəranskinin yasında hətta bəzi deputatlar da iştirak etmişdi.

Yazıçı Bəhram Çələbinin sözlərinə görə elə “qanuni oğrular” olub ki, onlar oğurladıqları pulları imkansızlara paylayıblar. Yazıçı həmçinin verilişdə sovet dövründəki “qanuni oğrular”ın Azərbaycanın bəzi tanınmış simaları ilə fotolarını təqdim edib. 

 “İlham Tumasla 40 dəqiqə” layihəsini tam olaraq www.apa.tv saytında izləyə bilərsiniz.  

X

XƏBƏRLƏR
BÖYÜT