Kinokomediya çəkə bilirikmi? - MÜZAKİRƏ
16:19 – 27 Oktyabr, 2017

Son illərdə Azərbaycanda çoxlu sayda komediya filmləri çəkilməkdədir. Azərbaycanın kinoteatrlarında demək olar ki, hər ay ən azı bir komediya filminin nümayişi keçirilir. Bəs əslində kinokomediya çəkə bilirikmi? APA TV-nin "2+2" layihəsinin növbəti buraxılışında bu sual ətrafında geniş müzakirə aparılıb.

 

Aktyor Elməddin Cəfərov deyib ki, iri büdcəli kinofilm çəkmək imkanı yoxdursa, 100-200.000 manata video filmlər çəkmək lazımdır: "Bəzi yaşlı aktyorlar elə bilirlər ki, biz onların yolunu kəsirik. Onlar elə bilir ki, biz film çəkməklə 2 milyonluq filmlərin qabağını almış oluruq. Bizim çəkdiyimiz kommersiya filmləridir". E.Cəfərov Azərbaycan komediyalarının əcnəbi filmləri təqlid etməsi məsələsinə də toxunub: "Nə üçün Azərbaycan bunu edəndə deyirlər ki, Türkiyədən götürüb?" Aktyor həmçinin, bir zamanlar onu tanıtdıran "stand up" janrını mentalitet səbəbindən davam etdirmədiyini deyib. Elməddin Cəfərov eyni zamanda tanınmış yerli rejissorların onu filmlərə dəvət etmədiklərindən şikayətlənib.  

 

Xalq artisti Şamil Süleymanlı hesab edir ki, 150-200.000-ə çəkilən filmlər zövqü korlayır. "Son çəkilən filmlərdə janrları qarışdırırlar. Doğrudanmı komediya situasiyasında ağıllı söz deyib, camaatı təsirləndirmək olmaz?" - Şamil Süleymanlı belə deyib.  

 

Şəhriyar Del Geraninin sözlərinə görə əsas məsələ komediyanı "hırıltı"dan təbəssümə gətirməkdir: "Komediya düşündürməməlidir, güldürməlidir". 

 

Xalq artisti Şamil Süleymanov isə bu fikirlə razılaşmadığını deyib. 

 

"2+2" layihəsinin növbəti buraxılışını www.apa.tv saytında izləyə bilərsiniz. 

X

XƏBƏRLƏR
BÖYÜT