Leopard ovlayan azərbaycanlı ovçu: "Günlərlə cəngəllikdə qalıb, şikarımı güdürəm"
10:11 – 28 Oktyabr, 2017

"Otururam, vəhşini çağırıram. Onun əhatəsində evdə otururam, gecə çağırıram heyvanı".

 

Faiq Babanlı 16 ildən çoxdur Afrikada, Amazon meşələrində, Boliviya çöllərində, Rusiyanın ucsuz-bucaqsız tayqasında vəhşi heyvanlarla çarpışır. O, cəngəllik kralı şirə qədər hər cür vəhşi heyvan ovlayıb.

 

APA TV-nin xəbərinə görə, dünyanın ən reytinqli ovçularının siyahısında yer alan Faiq Babanlının ilk ovu Afrikada antilop heyvanı olub. Deyir ki, heyvanın ölüsünü də sevir, dirisini də:

 

"Atırdım, atmağıma görə əmin idim, silahı hiss edirdim. Uşaqlıqdan var məndə heyvanlara qarşı sevgi. Onun ölüsünü də, dirisini də sevirəm. Onun lələyini də, tükünü də sevirəm".

 

Faiq Babanlının sözlərinə görə, vəhşi heyvanları ovlayarkən güllən yayınmamalıdır, əks halda, məhv olarsan. Sərrastlıq lazımdır. O, bir vəhşini ovlamaq üçün bəzən 10-20 gün Amazon meşələrində gecələyir. Deyir, ov edərkən əsas amil hissiyyatdır:

 

"Ən çətinini cəngəllikdə ovdur, çünki orda bir addımdan sonra heç nə görünmür və onun arxasında hər şey ola bilər. Burada bir şey rol oynayır - hissiyyat ovda çox vacibdir. Ən çətin ovum leopard olub. Düzdür, mənim üçün çətin heç nə yoxdur. Mən on günlərlə gedib qalıram cəngəllikdə və qayıtmağı fikirləşirəm. Sən o qədər sərrast olmalısan ki, onun xırıltısından tutmalısan və gülləni yönəltməlisən".

 

Həmsöhbətimizin ən çətin ovu isə ilan olub. İndi 7-10 ildir ki, timsah axtarır:

 

"Ona görə 10 ildir mən onu axtarıram və yenə gedəcəyəm. İndi biz Peruya gedəcəkdik, amma əhatəni dəyişirəm Boliviyaya. Amazonda su çəkiləndən sonra avqustda Boliviya gedəcəyəm".

 

Dünyanın ən təhlükəli məkanlarında ov edən Faiq Babanlı qaydasız döyüşçü olub. Əvvəllər rəqibləri insanlar idi, indi isə cəngəllikdəki vəhşi heyvanlar. Onun sözlərinə görə, heyvanı hədəfə almaq olmaq onun üçün daha çətindir:

 

"İnsan asandır, çünki insana baxanda insanı görmək olur. Heyvanın bir dənə bilirsən ki, 150 kq çəkisi var, hər əlində də beş dənə xəncəri var".

 

Faiq Babanlı cəngəllikdə vəhşi heyvanları ovladıqdan sonra Avropada taksedremiya olunur, daha sonra Azərbaycana gətirir. Onun fikrincə, kişinin, döyüşçünün ruhi qidası ovdur və nə qədər yaşayacağamsa, ovda olacaq.

X

XƏBƏRLƏR
BÖYÜT