Samir Kamran qalmaqalına Elariz də qoşuldu
16:30 – 31 Oktyabr, 2017

Tanınmış insanlara niyə tez-tez böhtan atılır?  Haqqında şayiələr yayılan məşhurlar belə situasiyalarda necə davranırlar? APA TV-nin "ShowTime" layihəsinin növbəti buraxılışında bu suallara aydınlıq gətirilib

 

Verilişin qonağı, Xalq artisti Məleykə Əsədovanın sözlərinə görə bəzi adamlar hər tamaşa qabağı onun qanını qaraldırlar: "Mən onları illərdir görürəm, amma onlara cavab vermirəm. Mən bu haqda danışmaq istəmirəm. Çünki məhkəməyə verilib, hər şey məhkəmədə aydın olacaq. Heç bir kəsə icazə vermərəm ki, mənim ailəm haqqında sözü desin. Mənim qürurum milyonlardan da üstündür. Amma bundan sonra mənim varlığıma toxunan hər kəs vəkilim qarşısında cavab verəcək". Xalq artisti qızı haqqında da danışıb. O deyib ki, bəzən vacib işlərini belə qızına görə təxirə salmalı olur.

 

Müğənni Samir Piriyev Kamran Həsənli ilə qalmaqalına aydınlıq gətirib: "Ehtiyac duydum ki, hüquq-mühafizə orqanlarına müraciət edim və haqqımı tələb edim. Əminəm ki, mən haqqı olan tərəfəm. Kamran Həsənliyə haqqımı halal etmirəm". Müğənninin sözlərinə görə bütün faktlar üzrə çıxıb: "Fakt üzrə Nərimanov rayonunda cinayət işi başlanıb. İstintaq gedir. İnanıram ki, dövlətimizin qanunları buna doğru-dürüst qiymət verəcək. 115 min dollardan 35 min dolları qaytarıb. 80 min dolları deyir verməyəcəyəm. Çünki səkkiz il bundan qabaq mən evimi satmışam". Müğənni, Kamran Həsənlinin mətbuat konfransında Elariz Məmmədoğlunun səsləndirdiyi fikirlərə də münasibət bildirib: "Elariz sənə yaraşdırmadım. Mənim sənə yaxşılığımdan başqa pisliyim dəyməyib".

 

Azərbaycan və Türkiyə şou-biznesini müqayisə edən Samir Piriyevin sözlərinə görə Türkiyə şou-biznesində baş çıxarmaq daha asandır.  

 

"Showtime" layihəsinin növbəti buraxılışını tam şəkildə www.apa.tv saytında izləyə bilərsiniz.  

 

 

X

XƏBƏRLƏR
BÖYÜT