Rafiq Hüseynli: epoxa yaradan insan!
13:59 – 01 Noyabr, 2017

Bir neçə gün bundan əvvəl Azərbaycanın Xalq artisti, əfsanəvi diktor Rafiq Hüseynli uzun sürən ağır xəstəlikdən sonra Almaniyada dünyasını dəyişdi. Bu xəbəri hamı böyük kədər və təəəsüf hissi ilə qarşıladı. Bəs Rafiq Hüseynli əslində kim idi? Onu tamaşaçıya sevdirən xüsusi cəhət nə idi? APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsində Rafiq Hüseynlidən danışılıb.

 

Xalq artisti, radio diktoru Əli Məhəmmədoğlu Rafiq Hüseynli ilə o dövrkü İncəsənət İnstitutunda eyni kursa oxuduqlarını və məhz Rafiq Hüseynlinin sayəsində radioya gəldiyini deyib: "Rafiq televiziyada işıqçılıqdan başlamışdı".  

 

Əməkdar artist Rafiq Həşimov Rafiq Hüseynli ilə dostluq münasibətlərindən danışıb. O deyib ki, Rafiq Hüseynli peşə etikasına zidd olan məsələləri qəbul etmirdi.

 

Yazar Aysel Əlizadə Rafiq Hüseynlini seçim turlarından tanıdığını deyib, onun fikirlərindən sitat gətirib "Bir gün ola bilər ki, televiziya ilə sənin prinsiplərin üst-üstə düşməsin. O zaman getməkdən qorxma". Aysel Əlizadə hesab edir ki, bu qədər təvazökarlıq və şarm çox nadir kişilərdə rast gəlinir.

 

Aktrisa Mələk Heydərli Rafiq Hüseynli ilə heç vaxt ünsiyyətdə olmasa da, onu özünə müəllim hesab etdiyini deyib.    

 

"İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışını www.apa.tv saytından izləyə bilərsiniz. 

X

XƏBƏRLƏR
BÖYÜT