Qadına qarşı cinsi zorakılıq halları niyə çoxalır? - MÜZAKİRƏ
17:39 – 01 Noyabr, 2017

Qadınlara qarşı cinsi zorakılıq və təcavüz qlobal problem olaraq qalır. Bu yaxınlarda bir qadının təhsil müəssisəsində məktəb direktorunun ona intim münasibət təklif etməsi ilə bağlı iddiası sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilib. Cəmiyyət tərəfindən kəskin tənqidə baxmayaraq qadınlara qarşı cinsi zorakılıq halları niyə çoxalır? Təcavüzə məruz qalan niyə susur? Təcavüz edən şəxsə qarşı hansı tədbirlər görülməlidir? APA TV-nin "Sosium" layihəsinin növbəti buraxılışında bu suallar geniş müzakirə olunub.

Hüquqşünas Ağamirzə Bağırovun sözlərinə görə adətən valideynləri ayrılmış 14-16 yaşlı qızlar cinsi təcavüzə məruz qalırlar.  Hüquqşünas qadınların cinsi istismara məruz qalmalarının səbəblərindən biri kimi işsizlik problemini qeyd edib.

Psixoloq Könül Cəfərova deyib ki, valideynlər övladlarına qarşı həmişə diqqətli olmalıdırlar: "Müəyyən yaş dövründə qızlarımızın əks cinsə tələbatı olur. Bu normal istəkdir. Sadəcə olaraq valideyn bu məqamda daha ağıllı davranmalı, yaranmış istəyi başqa bir səmtə yönəltməyi bacarmalıdır. Sən oxumalısan deyərək, uşağın cinsi inkişaf dövründəki istəklərini boğa bilmərik".  Psixoloq hesab edir ki, ərindən sonra başqası ilə qeyri-rəsmi münasibət yaşayan qadınlar, bu münasibəti övladlarının gözü qabağında aparmamalıdırlar, əks halda bu ciddi fəsadlara gətirib çıxara bilər. 

Qonaqlar həmçinin ictimai nəqliyyatda qadınlara qarşı kobud təzyiq hallarına toxunaraq, bunun yolverilməz olduğunu vurğulayıblar.

"Sosium" layihəsinin növbəti buraxılışını www.apa.tv saytında izləyə bilərsiniz.

 

X

XƏBƏRLƏR
BÖYÜT