“Dəmir İpəkyolu” regiona nə vəd edir?
17:45 – 01 Noyabr, 2017

Həftənin ən önəmli mövzuları ilə qarşınızdayıq. Bu həftə hələ uzun illər yaddaşlarda qalacaq, regionda və dünyada Azərbaycanın xüsusi çəkisini artıracaq önəmli bir hadisə baş verdi. Bir neçə ölkənin dövlət başçılarının iştirakı ilə Bakı-Tiflis-Qars dəmiryolunun açılış mərasimi keçirildi. Doqquz il əvvəl təməli qoyulan bu layihə artıq reallığa çevrilib, biz “Dəmir İpəkyolu” xətti haqqında artıq indiki zamanda danışılır. "Dəmir İpəkyolu" regiona nə vəd edir? APA TV-nin “Panoram” layihəsinin növbəti buraxılışında Bakı-Tiflis-Qars dəmiryolu xətti siyasi, iqtisadi tərəfləri müzakirə edilib.

 

Azərbaycan Prezidenti Yanında Strateji Araşdırmalar Mərkəzinin xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Cavid Vəliyevin deyib ki,  Şərqlə Qərbin birləşməsində, yükdaşımalar işinin asanlaşdırılmasında Bakı-Tbilisi-Qars Dəmir yolu xətti mərkəzi rol oynayır: "Bu regional təhlükəsizlik baxımından olduqca vacib bir nəqliyyatdır". Ekspertin sözlərinə bu layihə Ermənistanın regiondakı izolyasiyasını dərinləşdirdi: "Ermənistan bu nəqliyyat dəhlizlərində yer almağa çox çalışdı, amma heç cür bacara bilmədi. Ermənilər buna mane olmağa çalışdılar, amma rəsmi açılışdan sonra mövqerlərini dəyişdilər. İndi də Bakı-Tbilis-Qarsdan istifadə etmək üçün Gürcüstanla razılaşmaq istəyirlər".  Cavid Vəliyev deyib ki, Bakı-Tbilisi Qars Çindən Avropaya qədər mətbuatda geniş işıqlandırıldı, Qərb mətbuatında kifayət müsbət fikirlər yazıldı. 

 

"Panoram" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytında izləyə bilərsiniz. 

 

X

XƏBƏRLƏR
BÖYÜT