Avropada Qarabağ dərsi: Qurban Qurbanov Milliyə gətirilə bilərmi?
13:35 – 02 Noyabr, 2017

Oktyabrın 31-də Çempionlar Liqasının oyunları çərçivəsində "Qarabağ" komandası "Atletiko" ilə görüşdü. Komandamız əvvəldən verilmiş proqnozları alt-üst etdi və oyunu 1:1 hesab ilə başa vurdu. APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsində "Qarabağ" oyunu fonunda Azərbaycan futbolunun bugünkü vəziyyəti və gələcəyi müzakirə edilib.

 

"Qol.az" saytının baş redaktoru, "Qarabağ"-"Atletiko" oyununu stadionda izləmiş Aydın Bağırov təəssüratlarını bölüşüb:"Azərbaycanlı azarkeşlərin öz vəsaitləri hesabına gedib oyunu izləməsi xoş bir hissdir. Qarabağ qrupda bütün ssenarini dəyişib". A.Bağırov hesab edir ki, "Qarabağ"ın qrup üçüncüsü olma şansı var. "Əgər Milliyə Qurban Qurbanov gətiriləcəksə, bu AFFA-nın verdiyi qərarın doğru olduğunu göstərəcək. Bu gün Millinin 60%-ni "Qarabağ"ın oyunçuları təşkil edir" - Baş redaktor belə deyib. 

 

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov isə hesab edir ki, Qurban Qurbanovun Avropa klublarının birində baş məşqçi olması Azərbaycan oyunçularının xaricə transferi baxımından daha faydalı ola bilər. R.Abbasov onu da  qeyd edib ki, Azərbaycanın futbolla bağlı tanıtımı üçün vəsait xərclənməlidir.

 

Apasport.az saytının əməkdaşı Tengiz Məmmədov isə  oyunu şərh edərkən deyib ki, "Qarabağ" rəqibin əvvəldən sonadək start təzyiqinə dözdü, müdafiə xəttində aciz qalmadı.

      

"İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışını www.apa.tv saytından izləyə bilərsiniz.

 

X

XƏBƏRLƏR
BÖYÜT