Azərbaycanda kitab tərcüməsi: razıyıqmı?
15:22 – 03 Noyabr, 2017

APA TV-nin "2+2" layihəsinin növbəti buraxılışında Azərbaycanda ədəbi tərcümənin vəziyyəti, problemləri ilə bağlı qızğın müzakirə aparılıb.

 

Şair-esseist Qismət deyib ki, tərcümə sahəsindəki problem dilə olan münasibətdədir: "Tərcüməçi hər hansı bir mətndə gücü çatmadığı bir söz olanda, etnoqrafik dildən söz gətirir.  Bu da paradoks yaradır. Bu da niyə baş veürir? Birincisi tez-bazar sifariş olduğu üçün onu çatdırmalıdır. İkincisi tərcümənin ixtisaslaşmaması ilə bağlıdır". 

 

Şair-esseist Səlim Babullaoğlu hesab edir ki, tərcüməçilərin yazıçılarla bağlı ixtisaslaşması daha düzgün olardı: "Amma bu məsələni tənzimləyən tərcüməçi yox, nəşriyyat, yayım mexanizmidir". Şeirin şair, yaxud mütəxəssis tərəfindən tərcüməsi məsələsinə toxunan S. Babullaoğlu deyib ki, fərq şairin tərcüməyə poeziya qata bilməsindədir: "Mən ümumiyyətlə tərəfindəyəm ki, şeir orijinal mətndən az fərqlənsin. Nəsrdə bunu gözləmək asandır. Poeziyada isə səslər var". Şair-esseist onu da deyib ki, tərcümənin səviyyəsini heç də tamaşaçı müəyyənləşdirmir.        

 

Qismətin sözlərinə görə nəşriyyat sistemi-müəllif-tərcüməçi-naşir münasibətlərinin mexanizmi hələ tam formalaşmayıb.

 

Avropa təcrübəsini nümunə gətirən Səlim Babullaoğlu deyib ki, Avropada 1 səhifənin qiyməti 18-20 avro təşkil edir: "Amma bunun bir bazarı olmalıdır. Biz hələ ki, təşəbbüslə işləyirik. Mexanizm də belədir ki, kitabların satış yerləri çox olmalıdır".

 

"2+2" layihəsinin növbəti buraxılışına tam olaraq www.apa.tv saytında izləyə bilərsiniz.     

X

XƏBƏRLƏR
BÖYÜT