Bəzi məktəb direktorlarının əxlaqsızlığı ilə bağlı iddialar - MÜNASİBƏT
17:14 – 03 Noyabr, 2017

Bakıdakı 12 saylı xüsusi internat məktəbinin direktorunun müəlliməyə intim təklifi ilə bağlı iddiadan sonra bu dəfə Xaçmaz rayonunun Arzu kəndində direktorun 12 yaşlı şagirdə qarşı seksual hərəkətlərə yol verdiyi barədə məlumatlar yayılıb. Ümumiyyələ bəzi məktəb direktorlarının əxlaqsızlığı ilə bağlı iddialar həqiqəti əks etdirirmi? Xoşagəlməz hərəkət edən direktorlar necə cəzalandırılmalıdır? Təhsil müəssisələrinə direktor seçimi hansı prinsipə əsaslanır? APA TV-nin "Sosium" layihəsinin növbəti buraxılışında bu məsələyə münasibət bildirilib. 

Verilişin qonağı, təhsil eksperti Kamran Əsədovun sözlərinə görə son ilərdə müəllimlər tərəfindən şagirdlərə qarşı zorakılıq faktları artmaqdadır. Ekspertin sözlərinə görə bu cür məsələlərdən çıxış yolu məktəblərdə təhlükəsizlik kameralarının quraşdırılmasındadır: "Məktəbin bütün otaqlarından tutmuş dəhlizlərinə, hətta sanitar qovşağına qədər kameraların quraşdırılması zəruridir". Ekspert hesab edir ki, zorlamaya məruz qalan şagirdlərin bir qismi valideyn himayəsini itirmiş şəxslərdir.  Ekspertin sözlərinə görə zorakılıq hallarına daha çox regionlardakı məktəblərdə rast gəlinir. K.Əsədov onu da qeyd edib ki, "Məktəblərin idarə olunması ilə bağlı menecer institutunun yaradılmasına ehtiyac var".

Verilişə telefon bağlantısı ilə qoşulan Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov da məsələyə münasibət bildirib, məktəb direktorlarının məsuliyyətindən danışıb.  

"Sosium" verilişini tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz. 

X

XƏBƏRLƏR
BÖYÜT