"Kriminallaşan Azərbaycan mətbuatı"- MÜZAKİRƏ
13:18 – 06 Noyabr, 2017

Azərbaycan mətbuatı niyə "kriminallaşır"? Daha doğrusu nəyə görə Azərbaycan oxucusu daha çox kriminal xəbərlərə maraq göstərir. APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışında "kriminallaşan" Azərbaycan mətbuatı müzakirə edilib.

 

Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, Mətbuat Şurasının son bir həftə üzrə apardığı monitorinqlərə əsasən Bakı-Tbilisi-Qars dəmiryol xətti ilə bağlı xəbərlər bəzi məqamlarda kölgədə qalıb: ""Sarı mətbuat" səhifələrində kriminal xəbərlər ondan çox idi. Bizdə hələ də "sarı mətbuat"la ciddi mətbuat arasındakı sərhədi düzgün müəyyənləşdirməmişik. Ciddi mətbuat vasitələrimiz "sarılaşır". "Sarı" xəbərləri cəmiyyətə ötürürük, cəmiyyət də "sarılaşır". Cəmiyyət artıq düşünmək istəmir".

 

Millət vəkili Fazil Mustafa isə problemə başqa cür yanaşıb: "Azərbaycanda heç kim həbsxanada yatmaq istəmir, amma həbsxanada yatan avtoritet üzərinə özünün mifik obrazda ona köçürərək, özünü həmin obrazda görməkdə xoşlanır. İnsan axtardığı obrazları mətbuatda görmək istəyir".    

 

"Türküstan" qəzetinin baş redaktoru Aqil Camal deyib ki, kriminal avtoritetlərlə bağlı yayılan videoların əksəriyyəti media tərəfindən çəkilməmişdi. Baş redaktor onu da əlavə edib ki, daxil olan xəbərlərin çeşidlənməsi vacibdir: "Müsahibə götürürlər, amma dərin, məsələyə aid olmayan təfərrüata gedib çıxırlar".  

 

"İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.

 

X

XƏBƏRLƏR
BÖYÜT