Fədayə Laçının bacısı CANLI YAYIMA Qoşuldu – Taciri biabır elədi
17:56 – 07 Noyabr, 2017

Sənətdə olan insanlara dəstək önəmlidir, yoxsa istedad? 
Müğənni maddi, yoxsa mənəvi dəstəyə ehtiyac duyur?  APA TV-nin "Showtime" layihəsinin növbəti buraxılışında maraqlı açıqlamalar olub.

 

Əməkdar artist Almaz Ələsgərli müğənniliklə yanaşı hazırda Dövlət Musiqili teatrında aktrisa kimi fəaliyyət göstərdiyini deyib. Əməkdar artist qızlarından da danışıb: "Hazırda qızlarımın biri xaricdədir, artıq oranın vətəndaşıdır. O biri qızım da səfərə hazırlaşır. Orada oxuyacaq. Bir valideyn kimi çox arxayınam".   

 

Müğənni Aslan Hüseynovun sözlərinə hazırda istedad üçüncü yerdədir. Müğənni ailəsini mətbuatdan kənar saxlaması məsələsinə də aydınlıq gətirib: "Məncə ən düzgün yoldur. Günah müğənninin özündədir, jurnalistlərdə günah görmürəm. Kimsə yoldaşını efirə çıxarır, o da başlayır müğənni kimi danışmağa. Jurnalist də baxır ki, ondan da yazmaq olar. Ona görə də qoruyub saxlayıram"

 

Verilişə telefon xətti ilə qoşulan Fədayə Laçının bacısı İlahə Fəda, Tacir Şahmalıoğlunun son açıqlamasına münasibət bildirib: "Tacir heç vaxt Fədayənin müəllimi ola bilməz. Çünki gəlin Tacirin ümumiyyətlə musiqi həyatına nəzər salaq. Murad müəllim "Qarabağ bülbülləri"ni yaratmışdı, o da Qızıl fonda düşüb. Tacir ondan sonra nə oxuyub? Hansı bir mahnısı yadda qalıbdır? Tacir Fədayə ilə duet oxuyandan sonra tanınıbdır. İndi Tacirlə Fədayə bir yerdə oxumur. Tacirin bir mahnısını xatırlayın. Yoxdur".   

 

"Showtime" layihəsinin növbəti buraxılışını www.apa.tv saytından izləyə bilərsiniz. 

X

XƏBƏRLƏR
BÖYÜT