Nümayəndələrin ləğvi məhkəməyə nə verəcək? - MÜZAKİRƏ
13:42 – 08 Noyabr, 2017

"Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna, Mülki Prosessual və İnzibati Prosessual məcəllələrinə dəyişikliklərə əsasən  bir sıra məhkəmə çəkişmələrində nümayəndəlik institutu daha peşəkar - vəkillik institutu ilə əvəzlənib, vəkillik institutu daha da gücləndirilib. Sözügedən dəyişikliklər məhkəmə-vətəndaş münasibətlərinə necə təsir göstərəcək? Bu məhkəmənin daha şəffaf şəkildə fəaliyyətinə təkan verəcəkmi? Nümayəndəsiz məhkəmə mümkündürmü? APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışında bu məsələ müzakirə edilib.

 

Millət vəkili Fazil Mustafa deyib ki, dəyişikliklərə əsasən vətəndaşın məhkəmədə öz hüquqlarını birbaşa müdafiə etmək imkanı aradan qalxmış olur: " İstənilən vaxt məhkəmələr vəkillər kollegiyası vasitəsilə istənilən vəkilə təzyiq göstərə bilər. Nümayəndələrə bunu tətbiq etmək çətin idi". Millət vəkili hesab  edir ki, bu dəyişikliklərin müqabilində Vəkillər Kollegiyasına qəbul qaydaları asanlaşmalıdır: "Hüquqşünaslar ora maneəsiz daxil olmalıdırlar".

 

Millət vəkili Zahir Oruc məsələnin mahiyyətini açıqlayaraq deyib ki, nümayəndələr institutu fərdi insan təşəbbüsləridir və onlar reallıqda hüquqi müdafiəni həyata keçirmirlər: "Azərbaycanda vəkillərin sayı o qədər az olub ki, nümayəndələr hüquq müdafiəçisi statusuna qədər gəlib çatıblar". Millət vəkili hesab edir ki, dəyişikliklərdə yalnız qohumların nümayəndəliyini saxlamaqla, onların əksəriyyətinin qeyri-hüquq təhsilli olmalarını yaddan çıxarmış oluruq.

 

Hüquqşünas Qabil Ağayev bu fikirdədir ki, nümayəndələrin ləğvi məsələsinə vəkillik institutunun inkişaf etdirilməsindən sonra baxmaq olardı: "934 vəkilin heç də hamısı vəkillik fəaliyyəti ilə məşğul olmur". 

 

"İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytında izləyə bilərsiniz.   

X

XƏBƏRLƏR
BÖYÜT