Azərbaycan-İran-Rusiya: yeni alyans, yoxsa praqmatik yaxınlaşma?
15:14 – 08 Noyabr, 2017

Ötən həftə Tehranda Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli görüşü keçirildi. İki günlük Tehran görüşündə Suriya problemi, İranın nüvə proqramı, Dağlıq Qarabağ münaqişəsi, terrorçuluğa qarşı birgə mübarizə kimi məsələlər də əsas gündəm mövzularından olub. APA TV-nin "Panoram" layihəsinin növbəti buraxılışında Azərbaycan, Rusiya və İran görüşü müzakirə edilib. 

 

Politoloq Elşad Mirbəşiroğlu deyib ki,  həm Azərbaycan, həm Rusiya, həm də İran üçün vacib olan əsas məsələ Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılmasıdır: "Mən hesab edirəm ki, bu bütövlükdə regionun nəqliyyat kommunikasiya potensialının artırılmasına hesablanıb. Gələcəkdə şimal-cənub dəhlizinin şərq-qərb dəhlizinə birləşdirilməsi nəzərdən keçirilir". Politoloqun sözlərinə görə artıq Azərbaycanla İran arasındakı münasibətlər əvvəlki kimi deyil: "Hər şeydən öncə bu Azərbaycanın siyasi-iqtisadi çəkisinin artması ilə bağlıdır. İran Azərbaycanın vasitəsilə qazana biləcəklərini çox dəqiq hesablamağı bacarır. Bu baxımdan İran öz maraqlarından çıxış edərək, Azərbaycanla münasibətlərin inkişaf etdirilməsi baxımından ciddi addımlar atır".  

 

Elşad Mirbəşiroğlu hesab edir ki, Azərbaycan, Rusiya və İran arasında milli valyutaların istifadəsi kifayət qədər mümkün addımdır. Politoloq görüşdə müzakirə edilən terrora qarşı mübarizə məsələlərinə də toxunub. O deyib ki, terrorizmdən ayrı-ayrı ölkələr bir alət kimi istifadə edirlər: "ABŞ terrorizm nədir sualına bu günə qədər cavab tapmayıb".   

 

"Panoram" layihəsinin növbəti buraxılışını www.apa.tv saytından izləyə bilərsiniz.  

 

X

XƏBƏRLƏR
BÖYÜT