Bakıda ağır qəza: POLİSLƏR ÖLDÜ
11:39 – 10 Noyabr, 2017

Bakıda dəhşətli yol qəzası baş verib. 

APA TV-nin "Lent.az"a istinadən məlumatına görə, Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayına məxsus olan 90 AP 23 dövlət qeydiyyat nişanlı "FİAT Doblo" markalı xidməti avtomobil idarəetmədən çıxaraq hasara çırpılıb.

Avtomobili idarə edən polis əməkdaşı Kərimov Qoşqar Salman oğlu hadisə yerində ölüb. Digər polis əməkdaşı Məmmədov Elnur Eldar oğlu isə xəstəxanaya aparılarkən vəfat edib.

 

Hadisə nəticəsində daha bir polis əməkdaşının ağır xəsarət aldığı bildirilir.

 

X

XƏBƏRLƏR
BÖYÜT