Bakıda azyaşlı uşaq beşinci mərtəbədən yıxılaraq öldü - HADİSƏ YERİNDƏN
14:24 – 10 Noyabr, 2017

Bakıda bədbəxt hadisə  qeydə alınıb. Azyaşlı uşaq Dilarə Əliyeva, 243 ünvanında yerləşən binanın 5-ci mərtəbədən yerə düşüb. APA TV-nin xəbərinə görə, fasadı və balkonları təmir olunan binanın eyvanına çıxan uşağı ətrafda olanlar  görsə də, valideynlərinə xəbər edə bilməyiblər.

 

"Mən gördüm ki, uşaq dəhlizdədir. Birdən gördüm yıxıldı ağacın üstünə, sonra yerə dəydi".  
 

Uşaq dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Xəstəxanadan verilən məlumata görə, aldığı xəsarətləri ağır olduğundan  1 yaş 9 aylıq  Yejov German Andreyeviçin həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

X

XƏBƏRLƏR
BÖYÜT