Azərbaycanda ədəbi mükafatlar: kimə və niyə verilir? - MÜZAKİRƏ
15:01 – 10 Noyabr, 2017

Bu gün Azərbaycanın ədəbiyyat sahəsində bir sıra mükafatlar var. Bəs bu mükafatlar kimə və nəyə görə verilir? Ədəbi mükafatlar meyardırmı? APA TV-nin "2+2" layihəsinin növbəti buraxılışında bu məsələ müzakirə olunub.

 

Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcidin sözlərinə görə "Milli Kitab" mükafatının təsis edilməsi ədəbi prosesi canlandırmışdı: "Elə bilirlər ki, həmişə Rəşad Məcidin adamı keçir. Ona görə ki, mən ən obyektiv, ən istedadlı adamı dəstəkləyir və ona güvənirəm. Mən heç vaxt istedadsızı dəstəkləməmişəm". Rəşad Məcid Nobel mükafatına da toxunub. O deyib ki, poeziya sahəsinə verilməsə belə Azərbaycanda Nobel mükafatına layiq olan kifayət qədər şair var.

 

2013-cü ildə ədəbi mükafat nominasiyasında imtina edən Yazar Varis Yolçuyev bunu belə izah edib: "Məlumat gəldi ki, mükafat kimə veriləcək. Mətbuatda da, sosial şəbəkədə də geniş müzakirə edilirdi ki, bu qeyri-obyektivdir". Yazar Varis kitab satışı ilə bağlı təcrübəsini də bölüşüb: "Satışa başlamazdan əvvəl 2000 nüsxə kitabı hədiyyə etdik. Kitabların arxasında sms gəlmək üçün telefon nömrələri,  yazışmaq üçün elektron poçt ünvanlarını qoyduq".

 

Rəşad Məcid yüngül ədəbiyyat nümunələrini "fast-fud" yeməklərlə eyniləşdirib: "Mükafatlar bəşəri ədəbiyyata xidmət etməlidir. Azərbaycan dilində bir hekayə belə oxumayan, 500 səhifəlik roman yazır. Bunların qabağında necə dayanmaq olar?"

 

"2+2" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz. 

X

XƏBƏRLƏR
BÖYÜT