Bazarın payız mövsümü, ucuz-baha qiymətlər... - REPORTAJ
16:11 – 10 Noyabr, 2017

Mövsümün dəyişməsi ilə bağlı paytaxt bazarlarında kənd təsərrüfatı məhsullarının qiymətləri də dəyişib.


APA TV-nin məlumatına görə, bazarlarda ölkəmizdə yetişən və həm də xaricdən gətirilən bütün meyvə-tərəvəz məhsullarına rast gəlmək mümkündür. Qiymətlərə gəlincə isə mövsümi meyvə-tərəvəzin qiymətləri ucuz olmasa da hər cibə uyğun məhsul təklif olunur.

 

"Nar var 2 manata, 3 manata... İri narlar 4-5 manata, fərqləri ölçüdədir. Göyçayın gülöyşə narıdır, heyva var 3 manata, xurmanın qiyməti 1, 2 manatadır".

 

"Mandarin, limon yerlidir. Mövsümlə əlaqədar olaraq, limon var üçü bir manat, dördü bir manata. Əvvəllər 50 qəpik idi, mandarin 1 manat, 1 manat 50 qəpikdir, feyxoanın qiyməti 1, 2 manatdır. Baxır onun xırdalığına, iriliyinə".

 

"Badımcanın kiloqramı 4 manat, pomidor 2 manata, o pomidor 2 manat 50 qəpiyə, lobya 1 manat 50 qepikdir , xiyar 2 manata da var, 2 manat 50 qəpiyə də , hər qiymətə mallar var

 

"Badımcan 1, 1 manat 50 qəpik, kələmin kiloqramı 50 qəpik, kökün kiloqramı 40 qəpiyə, 1 manata, 80 qəpiyə var, çuğundur var 70 qəpiyə, 1 manata, bibərin kiloqramı 2 manat, sarımsağın kiloqramı 5 manatdır".

 

Qiymətlərin münasib olduğunu deyən satıcılar bazarda alıcı qıtlığı yaşandığını deyir.

 

"Bir ay bundan qabaq yaxşı idi, hazırda bilmirəm nə ilə bağlıdır, amma çox zəifçilikdir".

 

"Əvvəl bir günə bir ton nar, korolyok  satırdım. İndi 20 kiloqram satmaq olmur, gün ərzində satsaq, haradasa 20-30 manatıq mal satırıq, bazara gəlib gedən yoxdur".

 

"Çox zəifçilikdir, alver edə, mayamızı çıxarda bilmirik"

 

Alıcılar da qiymətlərin bahalaşdığını deyir.

 

"Bahadır, bax indi nar alıram da, əvvəllər belə narlar 80 qəpiyə, 1 manata olardı, amma indi görürsən 2 manatadır, 3 manatdır".

 

"İstər istəməz hər şeydə qiymət artımı var, istər göydə, istər meyvədə artım var".

 

"Babatdır, pomidor aldım 1 manat 50 qəpikdən, xiyar aldım  1 manat 20 qəpiyə, bibər, kələm aldım 70-80 qəpiyə".

 

Hazırda kartofun qiyməti  1 manat 80 qəpiyə, soğan 60 qəpiyə satılır. 

Əvvəllər bazarda 4 manat olan Hövsan soğanının kiloqramı isə 5 manata satılır. Ən ucuz məhsul göyərtidir, dəstəsi 10 qəpiyə. 

X

XƏBƏRLƏR
BÖYÜT