İran-İraq sərhədində ölü sayı artdı - ZƏLZƏLƏ BİR NEÇƏ ŞƏHƏRİ DAĞIDIB
11:03 – 13 Noyabr, 2017

İran və İraq ərazisində baş verən zəlzələ nəticəsində ölənlərin sayı artıb.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hazırda ümumi say 207 nəfərə çatdığı bildirilir. Rəsmilər ölü sayının artacağını istisna etmir.

 

İraqda yeraltı təkanların  gücü 7,3 bal təşkil edib. Episentri Hələbcə şəhəri yaxınlığında yerləşən zəlzələdə azı 1600 nəfərin yaralandığı bildirilir. Bundan əlavə 70 min insan evsiz-eşiksiz qalıb. Onların müvəqqəti sığınacaqlarda yerləşdirildiyi açıqlanıb. Qızıl Aypara Cəmiyyəti zəlzələdən zərər çəkənlər üçün çadır düşərgələrinin quraşdırılmasına başlayıb. 

 

Yerli vaxtla saat 21:18-də baş verən yeraltı təkanların əsas təsir nöqtəsi Hələbcə şəhərinin 32 kilometrliyində yerləşib. Zəlzələ həmçinin Süleymaniyə yaxınlığındakı 8 kənddə ciddi dağıntılara səbəb olub. İranda zəlzələ daha çox Kirmanşah, Qəsri-Şirin və İlam  şəhərlərinə ziyan vurub. Güclü zəlzələdən sonra bölgədə 14 afterşok qeydə alınıb. Hadisə ilə bağlı 3 günlük matəm elan olunub.

 

Qeyd edək ki, rəsmilər hazırda ərazidə xilasetmə işlərinin davam etdirildiyini açıqlayıb.

X

XƏBƏRLƏR
BÖYÜT