İrandan Azərbaycana və Ermənistana silah keçirilməsinin qarşısı alındı - EYNİ GÜNDƏ
13:42 – 13 Noyabr, 2017

Astara Gömrük İdarəsinin yük şöbəsində İrandan daxil olan yük nəqliyyat vasitəsinə gömrük nəzarəti həyata keçirilib.

 

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən APA TV-yə verilən məlumata görə, yoxlama zamanı Azərbaycan vətəndaşı Həşimov Əkbərağa Maşalla oğlunun idarə etdiyi "KamAZ" markalı nəqliyyat vasitəsinin kabinəsində, arxa hissədə yataq üçün nəzərdə tutulmuş döşəyin altında döyüş sursatı hesab edilən "F-1" markalı, müdafiə təyinatlı 1 ədəd əl qumbarası aşkar edilib.

İrandan Ermənistana da hərbi sursat keçirilməsinin qarşısı alınıb. Rusiyalı sərhədçilər İran vətəndaşından qumbaraatan üçün nəzərdə tutulmuş nişangah götürüb.

Fakt Ermənistanın Sünik vilayətinin "Aqarak" sərhəd-keçid məntəqəsində qeydə alınıb. Yük maşınına baxış zamanı orada tank əleyhinə istifadə olunan silah üçün detal aşkarlanıb. Rusiya Federal Təhlükəsizlik Xidməti Sərhəd İdarəsinin əməkdaşları İran vətəndaşını Ermənistan hüquq-mühafizə orqanlarına təhvil verib.

X

XƏBƏRLƏR
BÖYÜT