Samvel Babayan "İqla" üstündə 7 il "otura" bilər
13:44 – 13 Noyabr, 2017

"İqla" zenit raket kompleksinin qanunsuz dövriyyəsində şübhəli bilinən separatçı Dağlıq Qarabağ rejiminin keçmiş "müdafiə naziri" Samvel Babayana prokuror iş istəyib.

 

APA TV-nin erməni mətbuatına istinadən verdiyi məlumata görə, dövlət ittihamçısı onun 7 il müddətində azadlıqdan məhrum edilməsini tələb edib.

 

Xatırladaq ki, Ermənistan vətəndaşı, qondarma "DQR"in keçmiş "müdafiə naziri" Samvel Babayan Rusiyada yaşayan tanışında olan külli miqdarda oğurluq avronu əldə edərək Ermənistanda dövriyyə buraxmağa cəhd edib. Həmin avrolar Rusiyadan Ermənistan gətirilərkən Milli Təhlükəsizlik Şurası əməkdaşları tərəfindən saxlanılıb.

 

Samvel Babayan həmçinin "İqla" zenit raket kompleksini əldə etməyə çalışıb. 

X

XƏBƏRLƏR
BÖYÜT