Karyeraya mane olan nədir? - MÜZAKİRƏ
14:06 – 13 Noyabr, 2017

Cəmiyyət üçün sözün əsl mənasında böyük və faydalı işlər görən insanlar bəzən elə cəmiyyət tərəfindən tanınmır. Bunun səbəbi nədir? APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışında karyeraya mane olan səbəblərdən danışılıb.

 

Müğənni Elxan Şirinov hesab edir ki, karyeraya mane olan təkəbbürdür: "İnsanın fəaliyyət dairəsi mənəvi baxımdan nə qədər dolğun olarsa, o tanınacaq".

 

Bu ilin oktyabr ayında Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilən Kempo üzrə 10-cu Avropa Çempionatının qalibi Valeh Quliyev, fəaliyyəti və iştirak etdiyi yarışla bağlı təəssüratlarını bölüşüb. İdmançı deyib ki, gənc yaşlarında taekvondo ilə məşğul olsa da, bir müddət bu idman növündən uzaqlaşıb, son yarışa isə cəmi 4-5 ay ərzində hazırlaşıb.

 

Verilişin digər qonağı, Yunan-Roma güləşi üzrə milli komandanın üzvü Soltan İsmayılov da məşhur idmançı deyil. Onun sözlərinə görə güləş karyerasında yaş həddi yoxdur: "Fiziki hazırlıq insanın iradəsindən asılıdır".

 

"İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışını www.apa.tv saytından izləyə bilərsiniz.

 

 

X

XƏBƏRLƏR
BÖYÜT