Sürücülərə verilən vaxt başa çatdı - BU GÜNDƏN CƏRİMƏLƏR BAŞLAYIR
15:45 – 13 Noyabr, 2017

Sürücülərə avtomobillərin dövlət qeydiyyat nişanları standartlarının tələbləri ilə əlaqədar verilən bir aylıq möhlət başa çatıb.

 

APA TV-nin xəbərinə görə, bu gündən etibarən avtomobillərin dövlət nömrə nişanlarındakı defislərlə bağlı qadağa qüvvəyə minib. Qadağa ondan ibarətdir ki, ağ defisli avtomobillərin sürücüləri cərimə olunacaqlar.

 

Müddət başa çatsa da, nömrələrindəki defis problemini hələ də aradan qaldırmayan xeyli sürücü var: "Xəbərim var idi əslində. Dərsə gedib gəlirdim deyə vaxt olmurdu. Bir az məsuliyyətsizlikdir yəqin ki. Özüm də adi markerlə müvəqqəti etmək istəmirdim ki, birdən silinər".

 

Ekspert Elməddin Muradlı deyir ki, sürücülər nömrəsində olan bu çatışmazlığı öz ustasına düzəltdirə və yaxud istənilən yol polis postuna yaxınlaşaraq, 2-3 dəqiqə müddətində nömrəsində olan qüsuru aradan qaldıra bilər: "Bir ay ərzində istənilən dövlət yol polisi postuna, polis əməkdaşına, rayon, şəhər polis idarələrinə yaxınlaşsalar, bu problemi həll etmək mümkün olardı. Sürücülər bunu fərdi qaydada aradan qaldıra bilərlər. Müxtəlif laklar var, dəmirçi, rəngsaz, usta yanında da aradan qaldıra bilərlər"

 

Qeyd edək ki, xəbərdarlığa məhəl qoymayan sürücülər inzibati məsuliyyətə cəlb ediləcək və 50 manat cərimə olunacaqlar.

X

XƏBƏRLƏR
BÖYÜT