İsrailin xarici işlər naziri: "İranın hərbi bazalarını məhv edəcəyik"
15:58 – 13 Noyabr, 2017

"İranın Suriyadakı hərbi bazasını məhv edə bilərik".

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bunu İsrailin xarici işlər naziri Aviqdor Liberman bildirib.

 

O qeyd edib ki, İsrail ordusu İrandan yönələn istənilən təhdidə cavab verməyə hazırdır.

 

A.Liberman Suriya prezidentini ölkə ərazisindəki olaylara dərhal müdaxilə etməyə çağırıb.

 

İsrail müxalifəti də hökumətin bu bəyanatını dəstəkləyərək, B. Əsədin atdığı addımlara qarşı mübarizədə ölkə hakimiyyətinin yanında olduqlarını bəyan edib: "Əsəd yeni oyun qaydaları qoymaq istəsə, bu kimi cəhdlərin qarşısının alnmasına hökumətin yanında olacağıq".

 

Qeyd edək ki, İsrail kəşfiyyatı İranın sözügedən hərbi bazasının İsrail sərhədindən 50 kilometr məsafədə yerləşdiyini bəyan edib.

X

XƏBƏRLƏR
BÖYÜT