Zəlzələ qurbanlarının sayı durmadan artır - İRANDAKI İNSAN İTKİSİ DAHA BÖYÜKDÜR
17:41 – 13 Noyabr, 2017

İran-İraq sərhədində baş vermiş zəlzələ nəticəsində ölənlərin ümumi sayı 381-ə çatıb. 


APA  TV-nin xarici mətbuata istinadən məlumatına görə, yeraltı təkanlar İranda 370 nəfərin ölümü, 6 min nəfərin isə yaralanmasına səbəb olub.
 

İraqda isə zəlzələ qurbanlarının sayı 11 olub. Burada da xeyli sayda yaralı var. 
 

İranın bəzi ərazilərində elektrik enerjisi təchizatı, telefon və internet xidmətləri dayandırılıb. Qızıl Aypara Cəmiyyəti və Türkiyə hökuməti bölgəyə humanitar yardım göndərib.

 

Şimali İraqın Səhiyyə İdarəsi zəlzələdən sonra bölgədə hələ də 70 min insanın humanitar yardıma ehtiyacı olduğunu açıqlayıb. 

X

XƏBƏRLƏR
BÖYÜT