İran-İraq sərhədində yenə zəlzələ oldu - ÖLÜ SAYI ARTDI
10:24 – 14 Noyabr, 2017

İranda baş vermiş zəlzələ nəticəsində ölənlərin 445 nəfərə çatıb.

 

APA TV-nın məlumatına görə, yaralıların sayı 7100-ə yaxındır.

 

Bu arada İran-İraq sərhədində 4,5 bal gücündə növbəti yeraltı təkanlar qeydə alınıb. Yeraltı təkanların episentri İranın Sərpol Zəhab şəhərindən 11 km şimalda, ocağı 40 km dərinlikdə yerləşib.

 

Hələlik dağıntı və zərərçəkənlər barədə məlumat  verilmir.

 

Xatırladaq ki, noyabrın 12-də  İran-İraq sərhədində 7,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Kermanşah şəhərindən 104 km qərbdə, ocağı 10 km dərinlikdə yerləşib. 

 

X

XƏBƏRLƏR
BÖYÜT