Astara sakinindən 2 kq-a yaxın narkotik götürüldü
10:34 – 14 Noyabr, 2017

Bakıda Astara sakinindən külli miqdarda narkotik maddə götürülüb.

 

APA TV-nin xəbərinə görə, Nizami Rayon Polis İdarəsi (RPİ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Astara rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Rüfət Qurbanov saxlanılıb.

 

Polis idarəsində onun üzərinə baxış zamanı onun üzərinə baxış zamanı ümumi çəkisi 1 kiloqram 805 qram qurudulmuş marixuana aşkar edilib.

 

İlkin ifadəsi zamanı saxlanılan şəxs narkotik vasitə aludəçisi olduğunu və narkotik tərkibli bitkiləri Astara rayonundan paytaxta gətirdiyini bildirib: "Tanımadığım adamdan aldım, gətirdim Bakıya, özüm istifadə edim. "Qara Qarayev"də polislər gəlib yaxınlaşdılar mənə. Baxdılar, gördülər ki, marixuanadır, götürdülər".

 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

X

XƏBƏRLƏR
BÖYÜT