Proqnozların əksinə: "QARA QIZIL" UCUZLAŞDI
10:56 – 14 Noyabr, 2017

Dünya neft bazarında xam neftin qiymətlərində ucuzlaşma qeydə alınıb.

 

APA TV-nin məlumatına görə, neft hasilatı ilə məşğul olan ölkələrdə baş verən hadisələr, neftə tələbatın artması qiymətlərin bahalaşacağını şərtləndirir. Buna baxmayaraq, "Brent" markalı neft gün ərzində 60 sent ucuzlaşaraq 62,97 dollardan təklif olunur.

 

OPEK-in aylıq hesabatına görə, gələn ilki tələbatı qarşılamaq üçün istehsal olunması lazım olan neftin günlük bareli 400 min barel artaraq 33,4 milyon barelə çatıb. Qiymətlərə müsbət təsir edəcək digər məsələ Səudiyyə Ərəbistanı ilə İran arasında yaranan gərginlikdir. Hər iki ölkə böyük neft hasilatçısıdır. Regionda yaranan hər hansı silahlı münaqişə hasilata ciddi təsir edəcək. Bu isə neft istehlakçılarının arzulamadığı məqamdır. İraq və İranda baş verən zəlzələ də neftin daşınmasında problem yaradıb.

 

Qiymətlərin 50 dolların üzərində olması ABŞ-da qaya nefti hasilatını sərfəli, istehsalın artması isə qiymətlərə mənfi təsir edir. Ancaq bu ölkədə hələ ki, hasilat gözlənilən miqdarda artmayıb. Qərbi Texas nefti isə "Brent"dən fərqli olaraq daha az - 20 sent ucuzlaşaraq 56,62 dollardan satılır.

X

XƏBƏRLƏR
BÖYÜT