İŞİD-ə kimlər yardım etdi, yüzlərlə terrorçu necə xilas edildi? - ŞOK ARAŞDIRMA
13:38 – 14 Noyabr, 2017

250 İŞİD terrorçusu və onların ailəsi ABŞ rəhbərliyindəki beynəlxalq koalisiya və əsası kürdlərdən təşkil olunan Suriya Demokratik Güclərinin (SDG) ortaq əməliyyatı ilə Rəqqadan təhlükəsiz şəkildə təxliyə olunub.

 

APA TV-nin məlumatına görə, bunu BBC yazıb. Onların təxliyəsi keçən ay çoxu YPG-lilərdən ibarət SDG-nin Rəqqanı İŞİD-dən təmizlədikdən sonra baş verib. "Paytaxt"larından çıxarılan terrorçular arasında təşkilatın rəhbər heyəti ilə yanaşı, çoxlu sayda xarici döyüşçü də olub.

 

Həmin terrorçuların bir qismi Suriya ərazisinə dağılarkən, bəzilərinin Türkiyəyə keçdiyi məlum olub. 250 terrorçu şəhərdən çıxarılan ailələrindən ibarət 4000 nəfərin içində yer alıb. Onlarla xarici İŞİD terrorçusu da silah-sursat yüklü 10 yük maşını ilə Rəqqadan ayrılıb.

 

BBC araşdırmada yük maşınlarının sürücülərinə də istinad edib. Sürücülər aldadıldıqlarını və onlara yalnız mülki şəxsləri daşıyacaqları barədə məlumat verildiyini deyiblər. Həmin yerə çatanda isə sakinlərin yerinə İŞİD terrorçularını, onların ailələrini və tonlarla silah-sursat daşıdıqları ortaya çıxıb. Daha sonra sürücülərə əməliyyatı gizli saxlamaq və minlərlə dollar söz verilib.

 

İŞİD döyüşçülərinin Rəqqadan qaçırılmasında məqsəd terrorçularla döyüşdə ərəb və kürdlərin həyatını itirməsinin qarşısını almaq olub. Yüzlərlə terrorçunun şəhərdən çıxarılmasını nə koalisiya, nə də SDG etiraf etmək istəməyib.

 

"Təxliyə olunan terrorçuların özləri və ailə üzvlərində bombalar olub. Sonra onları daşıyacaq avtomobillərdə də bomba tələləri qurulub. Razılaşmada xoşagəlməz bir şey olsa bütün konvoyu havaya uçuracaqdılar" - deyə, sürücülərdən biri bildirib.

 

Təxliyə zamanı kürdlər media nümayəndələrini şəhərdən uzaqlaşdırıb. SDG bir neçə döyüşçünün şəhərdən ayrıldığını, qalan şəxslərin mülki şəxs olduğunu bildirib.

 

Sürücülər isə qadın və uşaqlardan ibarət 4 min insanı şəhərdən çıxardıqlarını bildirir. Onların içərisində üzləri bağlı İŞİD döyüşçüləri də olub. Razılaşmaya əsasən, təxliyə olunan terrorçular ancaq şəxsi silahlarını götürə bilərdilər. Ancaq terrorçular tonlarla silah çıxarıb. Bir sürücü konvoyun uzunluğunun 6-7 km olduğunu, 50 yük maşını, 13 avtobus və 100-dən artıq İŞİD-ə aid avtomobildən ibarət olduğunu söyləyib.
 

Başqa bir sürücü isə şəhərdən çıxarılan xarici döyüşçülər haqqında danışıb, onların arasında Fransa, Türkiyə, Azərbaycan, Pakistan, Yəmən, Səudiyyə, Çin, Tunis, Misir vətəndaşlarının olduğunu deyib.

 

Yeri gəlmişkən, ABŞ rəhbərliyindəki koalisiya komandanlığı baş verənləri etiraf edib. Rəqqadan 250 İŞİD terrorçusu və 3500 ailə üzvünün təxliyəsinə icazə verilibmiş. Koalisiya sözçüsü polkovnik Ryan Dillon bildirib ki, onlar heç kimin çıxarılmasını istəməyib: "Döyüşən və ölən onlardır. Əməliyyatlarla bağlı qərarı onlar verir".

 

İŞİD-lə danışıqlarda Qərb ölkələrindən bir rəsmi şəxsin də iştirak etdiyi iddia olunur.

X

XƏBƏRLƏR
BÖYÜT