"Qoca"nın "podelniki"nə 19 il: "Maqa" və "Marojna"ya da ağır cəza verildi
13:40 – 14 Noyabr, 2017

Bakıda xüsusi təyinatlı qatardan qaçmaqda təqsirləndirilən Əli Ağaminin cinayət işi üzrə məhkəmə başa çatıb.

 

APA TV-nin məlumatına görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin cinayət kollegiyası Sabunçu Rayon Məhkəməsinin inzibati binasında proses aparıb.

 

Məhkəmədə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, Əli Ağami 19 il, "Maqa Hacıqabullu" kimi tanınan Məhəmməd Heydərov 18 il, "Marojna" ləqəbli Tahir Məlikov 18 il, Əfsər İbrahimov 18 il cəza alıb. Təqsirləndirilənlərin hər biri cəzasını ciddi rejimli həbsxanada çəkəcək.

 

Etibar Məmmədov (Qoca) ilə bağlı isə cəzasız ittiham hökmü çıxarılıb.

 

Qeyd edək ki, 28 yaşlı Ə.Ağami və digərləri 2015-ci ilin noyabrında Şirvan şəhərində Elvin Nəciyev və Zaur Sarıbalayevin xuliqanlıq zəminində qətlə yetirilməsindən sonra həbs edilib. Qətlə yetirilən E.Nəciyev kriminal aləmdə “Krıtıy Elvin” adı ilə tanınıb.

 

Ə.Ağami və digər məhbus, "Qoca" ləqəbli Etibar Məmmədov oktyabrın 22-də gecə Lənkərandan Bakıya qatarla gətirilib. Oktyabrın 23-də səhər saatlarında Biləcəri stansiyasında E.Məmmədovla Ə.Ağami qatardan düşürülən zaman qaçıblar. Bir müddət sonra Ə.Ağami Şirvanda həbs edilib, E.Məmmədov isə əməliyyat zamanı öldürülüb.

 

Hazırda Ə.Ağaminin qaçmasına görə açılmış cinayət işi üzrə istintaq davam etdirilir. 

X

XƏBƏRLƏR
BÖYÜT