Yağışlar qayıdır
13:45 – 14 Noyabr, 2017

Bakı və Abşeron yarımadasında noyabrın 15-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir.

 

ETSN-dən APA TV-yə verilən məlumata görə, cənub-şərq küləyi əsəcək.

 

Havanın temperaturunun gecə 10-13, gündüz 15-18 dərəcə, Bakıda gecə 11-13, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir.

 

Tibbi-meteoroloji proqnoza əsasən, yaxın iki gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü, iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskinli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 6-11, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 2-7, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.

 

X

XƏBƏRLƏR
BÖYÜT