Saxlanılan şəxs: "Düşdüm qadının dalınca..."
15:25 – 14 Noyabr, 2017

Paytaxtın Nizami rayonunda soyğunçuluq hadisəsi qeydə alınıb.

 

APA TV-nin xəbərinə görə, Qara Qarayev prospektində yerləşən ticarət mərkəzlərindən birinin qarşısında naməlum şəxs qadının əlindən mobil telefonunu alaraq qaçıb.

 

Zərərçəkən hadisə barədə həmin ərazidə xidmət aparan Əlahiddə Çevik Polis Alayının 5-ci Patrul Bölüyünün əməkdaşlarına məlumat verib. O, 550 manat dəyərində “Samsung” markalı mobil telefonunun oğurlandığı barədə xəbər verib: “Həmin şəxsi təqib etdik, zərərsizləşdirib 24-cü polis bölməsinə təhvil verdik. Onun üzərindən qadına aid telefon aşkar olundu”.

 

Bölmədə araşdırma aparılan zaman cinayəti törətməkdə şübhəli bilinən şəxsin əvvəllər dəfələrlə məhkum olunmuş Mingəçevir şəhər sakini Emil Məmmədov olduğu məlum olub. O, ifadəsində soyğunçuluq hadisəsi törətdiyini etiraf edib: "Düşdüm dalınca, mobil telefonunu götürüb qaçdım. Polislər məni tutdu".

 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

X

XƏBƏRLƏR
BÖYÜT