Pərviz Bülbülə övladları barədə NƏLƏR DANIŞDI?
16:23 – 14 Noyabr, 2017

Sərvətlərini hər addımda nümayiş etdirmək şou əhli üçün 
üçün vacibdirmi? Bu, onların gündəmə gəlməsində nə dərəcədə rol oynayır?
Var – dövlətini reklam edən məşhurlara cəmiyyətin münasibəti necədir? APA TV-nin "Showtime" layihəsinin növbəti buraxılışında məşhurlar bu suallara aydınlıq gətirib.  

 

Müğənni Afaq Aslan müğənnilik sahəsinə hobbi kimi yanaşdığını da deyib: "Hər insanın dediyini nəzərə alsam, onda mən Afaq olmaram". A.Aslan müğənni Rəqsanə İsmayılova ilə münasibətlərə də aydınlıq gətirib: "Məni Rəqsanə ilə bağlayan heç nə yoxdur. Rəqsanə adamyeyəndir ki, ondan qorxum? Artıq söz-söhbətdən qaçıram".   Müğənni nə vaxtsa qaradərili uşağı övladlığa götürmək niyyətində olduğunu bildirib: "Mən ümumiyyətlə qaradərili millətləri çox sevirəm". Şəxsi həyatına barədə danışan Afaq Aslan keçmiş həyat yoldaşının həbsdə olduğunu deyib. Müğənninin sözlərinə görə hazırda ona dəstək olan sevgilisidir. 

 

Meyxanaçı Pərviz Bülbülə uşaqlıqda aktyor olmaq arzusundan danışıb, hazırda isə özünü meyxanadan başqa bir sənətdə görmədiyini deyib: "Məndən nə ticarətçi çıxar, nə də başqa bir sənət sahibi. Mən bu sənətlə yaşayıram". Meyxanaçı daha müğənni Damla ilə duet oxumayacağını deyib: "Hər cür adamlar sonra çıxıb deyəcəklər, Pərviz belə elədi. Mən axır vaxtlar damla xanımla oxumuram. Neçə məclislər düşüb, imtina etmişəm. Amma ona sənətdə uğurlar arzu edirəm. Artıq yeni duet ortağım var".

 

"Showtime" layihəsinin növbəti buraxılışını www.apa.tv saytından izləyə bilərsiniz. 

X

XƏBƏRLƏR
BÖYÜT