Polis rəisi: "Narkomanların yasına qohumları da gəlmir"
17:28 – 14 Noyabr, 2017

Sabunçu rayonundakı 128 saylı orta məktəbdə "Narkomaniya bəşəriyyətin bəlasıdır!" və "Erkən nikaha "yox" deyək!" mövzularında tədbir keçirilib.

 

APA TV-nin xəbərinə görə, 150-yə yaxın müəllim və şagird heyətinin, Sabunçu RPİ-nin zabit heyətinin, Rayon İcra Hakimiyyətinin nümayəndələrinin də iştirak etdiyi tədbirdə natiqlər narkomaniyanın cəmiyyətimizə, gələcəyimiz olan gənclərin mənəviyyatına, əxlaqına ciddi mənfi təsir göstərməsi, insanların narkomaniya adlı xəstəliyə düçar olaraq həyatlarının məhv olması haqda ətraflı məlumat veriblər.

 

Narkoloq Asif Kəngərli əsasən narkotik və psixotrop maddələrin yaratdığı problemlərdən və fəsadlarından geniş bəhs edib.

 

Sabunçu RPİ-nin rəisi Eldar İlyasov isə narkomaniyanın qarşısının alınması üçün dövlət orqanları, ictimai təşkilatlar, ictimaiyyət nümayəndələri, təhsil işçiləri və valideynlərin birgə mübarizə aparmasının vacibliyini vurğulayıb: "Hər birimiz qonağıq burda. Əbədi yerimiz hardadır, bilirsiz. Bu insanlar ölə də bilmirlər. Çünki ağrı içində yaşayırlar və faciəvi şəkildə ölürlər. Qohumlar belə gəlmir yaslarına. Tez aparıb basdırıb evə qaçırlar. Çünki sağlıqlarında ailələrini bezdirib gərgin həyat yaşatdırırlar".  

 

Görüş məktəblilərin sual-cavabları ilə diskussiya şəkilində sona çatdı.

X

XƏBƏRLƏR
BÖYÜT