"Azəristiliktəchizat": Qış mövsümünə hazırıqmı?
17:35 – 14 Noyabr, 2017

Noyabrın 15-dən etibarən Azərbaycanda 2017-2018-ci il payız-qış mövsümü başlayır. Dağlıq rayonlarda noyabr ayının 1-dən, Bakıda isə noyabrın 15-dən “Azəristiliktəchizat” ASC tərəfindən payız-qış mövsümünə start verilir. 
Səhmdar Cəmiyyət qışa hazırlıq üçün hansı işləri görüb? Bu il mənzillərin isidilməsində problem olacaqmı? APA TV-nin "Sosium" layihəsinin növbəti buraxılışında bu suallara aydınlıq gətirilibmi? 

"Azəristiliktəchizat" ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyevin sözlərinə görə, istilik təhcizatı bağlı bütün işlər artıq yekunlaşıb: "Bakı şəhərində, o cümlədən Respublikamızın digər regionlarında noyabr ayının 15-dən etibarən istilik təhcizatının başlanması nəzərdə tutulur. Qazanxanalarımız sentyabr ayının axırlarında payız-qış mövsümünə hazır olur". Qurum rəsmisi onu da deyib ki, istilik təhcizatının bərpası ilə bağlı müxtəlif illərdə 300-yə yaxın müasir tipli qazanxana bərpa olunmuşdur. Rafiq Əliyevin sözlərinə görə "Azəristiliktəhcizat"la "Azərqaz" arasındakı borc öhdəlikləri vətəndaşlara mənfi təsir göstərməyəcək.   

"Biz bütün istismar sahələrinə göstəriş vermişik ki, vətəndaşlar tərəfindən mənzildaxili istilik xəttləri bərpa olunarkən onlara təmənnasız texniki dəstək göstərsinlər" - qurum rəsmisi belə deyib.

"Sosium" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.  

X

XƏBƏRLƏR
BÖYÜT