FHN işçilərinin Həmkarlar İttifaqının I hesabat-seçki konfransı keçirilib
18:46 – 14 Noyabr, 2017

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının I hesabat-seçki konfransı  keçirilib.

 

APA TV-nin xəbərinə görə, konfransda fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, deputat Səttar Möhbalıyev, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, nazirliyin aparatı və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitələrində keçirilmiş konfranslarda seçilmiş nümayəndələr iştirak edib.

 

Dövlət himninin səslənməsindən sonra FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov çıxış edərək, hesabat-seçki konfransının işini açıq elan edib.

 

Konfransın gündəliyi təsdiq olunduqdan sonra FHN işçilərinin Həmkarlar İttifaqı sədrinin hesabat məruzəsi ilk olaraq ötən dövr ərzində həmkarlar ittifaqının fəaliyyətini əhatə edən video-çarx ilə başlanıb və Mehman İsmayılovun çıxışı ilə davam edib.

 

Konfransda iştirak edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev çıxış edərək, FHN işçilərinin Həmkarlar İttifaqının yarandığı gündən bu dövrə qədərki fəaliyyətinə nəzər salaraq konfransın işini yüksək qiymətləndirib.

 

Sonra fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev çıxış edərək, FHN işçilərinin Həmkarlar İttifaqına gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.

 

Daha sonra həmkarlar ittifaqının Təftiş Komissiyasının hesabatı dinlənilib. Təftiş komissiyasının hesabatı bitdikdən sonra konfrans məruzə ətrafında çıxışlarla davam edib. Çıxış edənlər FHN işçilərinin Həmkarlar İttifaqının sədrliyinə yenidən Mehman İsmayılovun namizədliyini irəli sürüblər. Həmçinin 2018-ci ilin fevral ayında keçirilməsi planlaşdırılan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V qurultayında Konfederasiya sədrinin yenidən seçilməsinə millət vəkili Səttar Möhbalıyevin yenidən namizədliyinin irəli sürülməsini dəstəklədiklərini bildiriblər.

 

Səsvermə nəticəsində Mehman İsmayılov yenidən FHN işçilərinin Həmkarlar İttifaqının sədri seçilib.

X

XƏBƏRLƏR
BÖYÜT