Bakıda avtomobilin vurduğu 15 yaşlı qızın ayağı sınıb
05:42 – 15 Noyabr, 2017

Gecə saatlarında Bakının Sabunçu rayonunda yeniyetmə qızı avtomobil vurub. APA TV xəbər verir ki, yol qəzası Elşən Mehdiyev və Yavər Əliyev küçələrini birləşdirən dairənin yaxınlığında qeydə alınıb.

Məlumata görə, 2002-ci il təvəllüdlü Məmmədova Vüsalə İlham qızı həmin ünvanda yolu keçən zaman yanında ailə üzvləri də olub. Ancaq yağışlı hava səbəbindən sürücü yeniyetmə qızı görməyib və onu vurub. V.Məmmədova dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onun ayağının sındığı müəyyən olunub.

Yol qəzasının təfərrüatlarını Sabunçu polisi araşdırır. Artıq sürücünün ifadəsi də alınıb.

X

XƏBƏRLƏR
BÖYÜT