Zimbabvedə dövlət çevrilişi gözlənilir - TANKLAR PAYTAXTA GİRİR
05:47 – 15 Noyabr, 2017

Zimbabvedə bir çox tankın və hərbi texnikanın paytaxt Harare şəhəri istiqamətində hərəkət etməsi barədə xəbər yayılıb. APA TV "Anadolu" agentliyinə istinadən bildirir ki, bu, ölkədə dövlət çevrilişinə dair iddialara əsas yaradıb.

Məlumata görə, hakim partiya Zimbabve Afrika Milli Birliyi-Vətənpərvər Cəbhəsi baş qərargah rəisi Konstantino Çivenqanı "vətənə xəyanət"də günahlandıraraq hərbi müdaxiləyə tabe olmayacaqları barədə açıqlama yayıb. General Çivenqa isə sabiq prezident köməkçisi Emmerson Mnanqaqvanın tərəfdarlarının kənarlaşdırılması üçün "addım atmağa" hazır olduğunu bildirib. Mnanqaqva da prezident Robert Muqabe ilə mübarizə aparacaqlarını açıqlayıb.

Ötən həftə vəzifəsindən kənarlaşdırılan E.Mnanqaqva 93 yaşlı prezident Muqabe və onun xanımı Qreys Muqabe tərəfindən çevrilişə cəhddə günahlandırılıb. 1980-ci ildən bu yana Muqabe kabinetində yer alan və 2014-cü ildə prezident köməkçisi olan Mnanqaqva da eyni cəhddə günahlandırılan Coys Mujurunu əvəz edib.

X

XƏBƏRLƏR
BÖYÜT