İranda zəlzələ bölgəsində xilasetmə işləri dayandırıldı, bölgədə qida böhranı yaranıb
05:53 – 15 Noyabr, 2017

İran rəsmiləri ən azı 530 adamın öldüyü və minlərlə insanın yarandığı zəlzələdən daha çox sağ qalma ehtimalının az olduğuna görə xilasetmə əməliyyatlarının dayandırılması barədə məlumat yayıb. APA TV "Reuters"ə istinadən xəbər verir ki,  bu zəlzələ ölkədə son 10 ilin ən ağır zəlzələsi hesab olunur.

İran bu günə qədər təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün bir çox dövlətlərin yardım təkliflərindən imtina edib. Rəsmilərin sözlərinə görə, zəlzələ nəticəsində 30 min evə ziyan dəyib, iki kənd tamamilə məhv olub. Hazırda fəlakət bölgəsində ciddi su, qida və sığınacaq problemi qalmaqdadır.

İran prezidenti Həsən Ruhani bölgəyə baş çəkərək, "problemlərin ən qısa müddətdə" həllinə dair söz verib. Noyabrın 14-ü isə ölkədə matəm günü elan olunub.

Sərhədin İraq tərəfində isə 11 nəfərin öldüyü, 550-dən çox adamın yaralandığı açıqlanıb.

Bu arada, ABŞ prezidenti Donald Tramp da bu ölkəyə qarşı sərt mövqeyinə baxmayaraq, İran xalqına başsağlığı verib.

X

XƏBƏRLƏR
BÖYÜT