ABŞ-da növbəti silahlı insident - 5 ÖLÜ, 4 YARALI
06:15 – 15 Noyabr, 2017

ABŞ-ın Kaliforniya ştatında naməlum silahlı şəxs məktəb ərazisində atəş açıb. APA TV-nin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident nəticəsində azı 5 nəfər dünyasını dəyişib.

Hadisə zamanı 4 nəfər də xəsarət alıb. Onların arasında uşaqlar da var. Atəş açan şəxsin öldürüldüyü bildirilir.

Silahlı insident Tehama dairəsində ibtidai məktəbin həyətində baş verib. Yerli polisin məlumatına görə, bir neçə məktəbli hadisə yerindən helikopterlə aparılıb. Polis hazırda məktəb binasında və yaxın ərazidə axtarış tədbirləri aparır.

X

XƏBƏRLƏR
BÖYÜT