30 yaşlı kişi ailədaxili mübahisə nəticəsində özünü doğradı - BAKIDA
06:20 – 15 Noyabr, 2017

Bakının Sabunçu rayonu ərazisində bir gənc özünə bıçaqla xəsarətlər yetirib. APA TV-nin xəbərinə görə, hadisə Şuça şəhərciyində baş verib.

1987-ci il təvəllüdlü Savalanov Pərviz Arzuman oğlu qarnının və başının çoxsaylı kəsilmiş deşilmiş yaraları diaqnozu ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına gətirilib və dərhal cərrahi əməliyyata alınıb. Hazırda vəziyyəti orta ağırdır.

Baş vermiş hadisə ilə bağlı polis orqanlarına da məlumat verilib. Qardaşı Təbriz Savalanovun polisə verdiyi məlumata görə, Pərviz ailə-məişət zəminində yaranmış mübahisə zamanı bıçaqla özü özünə xəsarətlər yetirib. Təfərrüatlar araşdırılır.

X

XƏBƏRLƏR
BÖYÜT