Rusiyada təyyarə qəzası: ölənlər var - KÖRPƏ SAĞ QALDI
10:49 – 15 Noyabr, 2017

Rusiyada "L-410" sərnişin təyyarəsi qəzaya uğrayıb. Hadisə təyyarə Xabarovsk vilayətinin Nelkan qəsəbəsində eniş edərkən baş verib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, təyyarədə iki ekipaj üzvü və 7 sərnişin olub. Hadisə nəticəsində iki ekipaj üzvü və 6 nəfərin öldüyü deyilir. Təyyarədə olan 4 yaşlı körpə qız isə sağ qalıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

X

XƏBƏRLƏR
BÖYÜT