ABŞ-da gündəlik hasilatın artması nefti ucuzlaşdırır
11:04 – 15 Noyabr, 2017

ABŞ-da gündəlik hasilatın 9,62 milyon barelə çatması neftin qiymətini ucuzlaşdırıb. APA TV-nin məlumatına görə, ABŞ Energetika Nazirliyi ölkədə neft hasilatının ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 faiz artdığını açıqlayıb. Bu amil neftin qiymətinin bahalaşacağı barədə proqnozların azalmasına səbəb olub.

 

OPEK isə gələn il dünyada neftə tələbatın artacağına dair proqnozları yeniləyib. Dünən açıqlanan hesabatda bildirilir ki, 2018-ci ildə neftə olan gündəlik tələbat 33,42 milyon barelə çatacaq. Bu, 2017-ci ilin göstəricisindən 360 min barel artıqdır.

 

Analitiklərin fikrincə, neftin qiyməti yaxın dövr ərzində 60-62 dollar aralığında sabitləşəcək, qiymətlərin ayın sonunda bahalaşması ehtimalı böyükdür. Noyabrın 30-da Vyanada OPEK üzvləri ilə kartelə üzv olmayan neft ölkələrinin birgə toplantısı keçiriləcək. Toplantının əsas müzakirə mövzusu qlobal neft paktının müddətinin uzadılması olacaq. Müvafiq razılaşma əldə olunsa, qiymətlərin 65 dollaradək bahalaşması gözlənilir.

 

Hazırda birjalarda "Brent" markalı neftin bir bareli 61,45 dollardan satılır, Qərbi Texas nefti isə 55,09 dollardan satılır. Bu gün ABŞ Energetika Nazirliyi ölkənin neft ehtiyatlarının həcminə dair hesabatı açıqlayacaq. Hesabatda ehtiyatların həcminin artacağı gözlənilir. 

X

XƏBƏRLƏR
BÖYÜT